Çin smartfon bazarının lideri “Huawei” oldu

Çin smartfon bazarının lideri “Huawei” oldu
08:32 9 May 2017
Ölkə mətbuatı
A- A+

"Counterpoint" şirkətinin analitikləri Çin smartfon bazarının bu ilin birinci rübünün nəticələrini qiymətləndiriblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bir il ərzində ölkədə satışlar 4 faiz artıb ki, bu da dünya smartfon bazarının artımına müvafiqdir.

"Huawei" şirkəti ötən ilki ilk rübdə 16,6 milyon ədəd smartfonun nisbətində bu ilin birinci rübündə 20,8 milyon ədəd smartfon sataraq özünə ilk yeri geri qaytarıb.
 
"Oppo" şirkəti ötən ilki 10,2 milyon göstərici ilə müqayisədə bu ilin ilk rübündə 18,5 milyon ədəd smartfon sata bilib və bununla da ikinci yeri tutub.
 
Liderlərin ilk üçlüyünü "Vivo" şirkəti qapayır. Bu şirkət 2016-cı ilin birinci rübündə 11,3 milyon ədəd smartfon satsa da, bir il sonrakı ilk rübdə 18,1 milyon ədəd smartfonun satışını həyata keçirə bilib.

"Apple" dördüncü yerdə qərarlaşıb. Onun satışları 12,5 milyon ədəddən 10,7 milyon ədədə qədər azalıb.
 
Sonrakı yeri "Xiaomi" tutur. Bu şirkət 12,8 milyon ədəd smartfon satdığı halda, bu il 8,5 milyon ədəd smartfon satıb.
 
"Samsung" isə ötən ilin ilk rübündə 8,7 milyon ədəd smartfon satdığı halda, bu il 3,5 milyon ədəd smartfon satışını həyata keçirib. Bazarın digər oyunçularına ümumilikdə 25,6 milyon ədəd smartfon satışı düşür.

Ayrıca olaraq analitiklər hesab edirlər ki, "Apple" premium seqment (qiyməti 600 dollardan artıq olan) smartfonları arasında lider olaraq qalır. Daha doğrusu, bu şirkət bazarın 74,2 faiz payına sahibdir ki, onun da 71,5 faizi "iPhone 7" və "iPhone 7 Plus" smartfonlarının payına düşür.

Həmçinin bu seqmentdə ən çox satılan smartfonların onluğuna "Huawei Mate 9", "Vivo Xplay6", "Huawei Mate 9 Pro", "Samsung Galaxy S7 Edge" kimi telefonlar daxildir. Həmçinin bu seqmentdə ən çox satılan smartfonların onluğuna "Huawei Mate 9", "Vivo Xplay6", "Huawei Mate 9 Pro", "Samsung Galaxy S7 Edge" kimi telefonlar daxildir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/542439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR