Berlində rəssamlarımızın sərgisi açılıb

Berlində rəssamlarımızın sərgisi açılıb
08:32 9 May 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Berlində yerləşən "Bakı-Berlin" qalereyasında azərbaycanlı rəssamlar İbrahim Əhrari və Salhab Məmmədovun əsərlərindən ibarət sərgi açılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, sərginin açılış mərasimində qalereyanın yaranma tarixindən, uğurlarından, burada indiyədək çox sayda məşhur rəssamların əsərlərinin nümayiş etdirilməsindən, habelə "Bakı-Berlin" qalereyasının Azərbaycan-Almaniya mədəni əməkdaşlığına verdiyi töhfələrdən bəhs olunub.

Sərgidə nümayiş etdirilən rəsm əsərlərinin mahiyyəti və onların kökündə Şərq və Qərb rəssamlığına məxsus elementlərin sintezinin dayanması barəsində qonaqlara məlumat verilib.

Sərginin açılış mərasimində Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, tanınmış incəsənət xadimləri, Berlin şəhərinin sakinləri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Sərgi iyun ayınadək davam edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/542913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR