Uşağın smartfon istifadə etməsi nitqin inkişafını ləngidir

Uşağın smartfon istifadə etməsi nitqin inkişafını ləngidir
08:52 9 May 2017
Ölkə mətbuatı
A- A+

Alimlər müəyyən ediblər ki, altı ayından iki yaşa qədər olan uşağın smartfon və ya planşet istifadə etməsi onun danışıq və nitq inkişafını ləngidir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, aparılan araşdırmaya əsasən, balaca uşaq cihaz önündə nə qədər çox vaxt keçirirsə, çox güman ki, onun nitq və danışmaq inkişafı uzanacaq.
 
Təcrübədə 900 uşaq iştirak edib. Onların 20 faizi orta hesabla gündəlik planşet arxasında 28 dəqiqə vaxt keçirir.
 
Hələlik uşaqların müasir mobil cihazların istifadəsi ilə digər kommunikasiya vasitələri, yəni əl və dil jestləri arasında hər hansı əlaqə müəyyən etmək mümkün olmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/542441.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR