“Fənərbaxça” klubunun prezidenti cəzalandırılıb

“Fənərbaxça” klubunun prezidenti cəzalandırılıb
08:57 9 May 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

"Yaxın Doğu Universiteti" və "Fənərbaxça" basketbol klubları arasındakı oyun zamanı baş verən insidentlə əlaqədar "Fənərbaxça" klubunun prezidenti Aziz Yıldırım haqqında cəza tədbiri açıqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyə Basketbol Federasiyasının intizam komitəsi oyun zamanı protokol tribunasında baş vermiş hadisələri müzakirə edib. Müzakirələr nəticəsində "Fənərbaxça" prezidenti Aziz Yıldırımın 6 ay müddətinə diskvalifikasiya edilməsinə qərar verilib. O, həm də 40 min lirə cərimələnib.
 
"Yaxın Doğu Universiteti" basketbol komandasının prezidenti İşık Eyigüngör də 1 ay müddətinə diskvalifikasiya edilib və 7500 lirə cərimələnib.
 
Qeyd edək ki, basketbol qarşılaşmasından əvvəl "Fənərbaxça" və "Yaxın Doğu Universiteti" komandalarının prezidentləri arasında insident baş verib. "Fənərbaxça" prezidenti Aziz Yıldırım həmkarını şillə ilə vurub. Bunun ardınca hər iki prezident və onlarla birlikdə olan şəxslər arasında dava düşüb.
 
"Yaxın Doğu Universiteti" komandasının prezidenti Anadolu prokurorluğuna şikayət edib. Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/542918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR