ÇL, 12 final: İlk finalçı bu axşam bilinəcək

ÇL, 12 final: İlk finalçı bu axşam bilinəcək
09:03 9 May 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək.

Publika.az xəbər verir ki, “Yuventus” və “Monako” Turində üz-üzə gələcək.

Səfərdə keçirilən ilk qarşılaşmada rəqibini 2 cavabsız qolla məğlub edən “Qoca sinyora” həlledici görüşə vəsiqə qazanmağa daha yaxındır. İtaliya təmsilçisi Fransada əldə etdiyi üstünlüyü qoruyacağı halda tarixində 9-cu dəfə kubok uğrunda görüşdə iştirak edəcək. Knyazlıq komandası isə sürpirzə imza atmaqla, 2-ci dəfə finalçı ola bilər.

Qeyd edək ki, digər finalçı mayın 10-da keçiriləcək “Atletiko” (İspaniya) - “Real” (İspaniya) qarşılaşmasında bəlli olacaq. Turnirin son qalibi olan “Kral klubu” ilk matçda rəqibini 3:0 hesabı ilə məğlub edib.

Çempionlar Liqası. Yarımfinal, cavab oyunu

9 may

22:45. “Yuventus” (İtaliya) – “Monako” (Fransa)

Baş hakim: Born Keypers (Hollandiya)

Turin. “Yuventus Stedium”


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/198074.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR