“Google” rekord vergi ödəyəcək

“Google” rekord vergi ödəyəcək
09:05 9 May 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Google" şirkəti İtaliyada üzləşdiyi vergi problemi ilə bağlı bu ölkə hökuməti ilə anlaşıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Google" İtaliya vergi təşkilatı - "Agenzia delle Entrate" ilə razılığa gəlib. Buna əsasən "Google" İtaliya dövlətinə 306 milyon avro həcmində vergi ödəməyi qəbul edib. Bu rəqəm 2002-2015-ci illəri əhatə edir və həmin müddətdə ödənmiş vergilərə əlavə olaraq ödənəcək.  
 
"Agenzia delle Entrate"nin direktoru Rosella Orlandi təkcə dövlətin xəzinəsinə daxil olacaq vəsait baxımından deyil, gələcəkdəki faydaları baxımından da mükəmməl nəticə əldə etdiklərini bildirib.  
 
Qeyd edək ki, Milan Prokurorluğu ötən il maliyyə polisinə "Google"un vergi borcları ilə bağlı tədbir görmək barədə təlimat verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/542442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR