Mingəçevirdə reyd zamanı 20-yə yaxın sürücü cərimələnib

Mingəçevirdə reyd zamanı 20-yə yaxın sürücü cərimələnib
09:07 9 May 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir. 9 may. REPORT.AZ/ Mingəçevir şəhərində keçirilən reyd zamanı 20-yə yaxın sürücü cərimələnib.
"Report" Şirvan bürosu xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdiyi yoxlamlar zamanı nasaz vəziyyətdə marşrut avtobusu idarə edən 2, sürücülük vəsiqəsi olmayan 1, təhlükəsizlik kəmərindən istifadə etməyən 10 sürücü müəyyənləşib.
Qayda pozan avtomobil sahiblərinə inzibati protokollar tərtib edilib. Mingəçevir DYP-nın bölmə rəisi Bəlyar Bəşirli şəhərdə məsuliyyətsiz sürücülərin olduğunu, onlara bağlı tədbirlər görüldüyünü bildirib. Bölmə rəisi, həmçinin şəhərdə 8 saylı marşrut xətti ilə hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinə ciddi xəbərdarlıq edib, sərnişindaşımada yarassız hesab edilən avtobuslar xəttən kənarlaşdırlıb.








Xəbərin orijinal ünvanı: https://report.az/hadise/mingecevirde-reyd-zamani-20-ye-yaxin-surucu-cerimelenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR