IV İslam Həmrəyliyi Oyunlarında həndbol yarışlarına start veriləcək

IV İslam Həmrəyliyi Oyunlarında həndbol yarışlarına start veriləcək
09:12 9 May 2017
81 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 9 may. REPORT.AZ/ Bu gün Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında həndbol yarışlarına start veriləcək.
“Report”un məlumatına görə, ikinci yarış günündə A qrupunda yer alan kişilərdən ibarət Azərbaycan milli komandası Pakistan yığması ilə üz-üzə gələcək. Qadınlardan ibarət kollektiv isə Kamerunla qarşılaşacaq.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi mayın 12-də keçiriləcək.
Həndbol
Qrup mərhələsi
9 may (çərşənbə axşamı)
Kişilər
A qrupu
Səudiyyə Ərəbistanı - Əlcəzair
Pakistan - Azərbaycan
B qrupu
Mərakeş - Türkiyə
İrak – İordaniya
Qadınlar
A qrupu
Tükiyə - Özbəkistan
Kamerun - Azərbaycan
Sərhədçi İdman Kompleksi
Qeyd edək ki, oyunlar 09:00 – 21:50 aralığında keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/iv-i-slam-hemreyliyi-oyunlarinda-hendbol-yarislarina-start-verilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR