Bakıda dost dostunu vintaçanla vurdu

Bakıda dost dostunu vintaçanla vurdu
09:12 9 May 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Suraxanı rayonu ərazisində iki dost arasında mübahisə birinin digərini küt alətlə vurması ilə nəticələnib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Əmircan qəsəbəsinin Nəsirrədin Tusi küçəsində qeydə alınıb.
1982-ci il təvəllüdlü Həşimzadə Azər Əhmədağa oğlunun müxtəlif nahiyələrinə dostu tərəfindən vintaçan vasitəsi ilə kəsilmiş-deşilmiş xəsarətlər yetirilib. O, çoxlu qan itirdiyinə görə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/542925.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR