Sirkə turşusundan zəhərlənən kişi öldü

Sirkə turşusundan zəhərlənən kişi öldü
09:57 9 May 2017
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə sirkə turşusundan ölüm faktı qeydə alınıb.

Milli.Az xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsində müalicə alan rayonun Turan qəsəbə sakini, 1982-ci il təvəllüdlü  Elçin Fikrət oğlu Məmmədov mayın 8-i axşam saat 22 radələrində ölüb.
 
Qeyd edək ki, 35 yaşlı Elçin Məmmədov mayın 8-i axşam saat 18 radələrində sirkə turşusundan zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
 
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Elçin Məmmədovun sirkə turşusunu hansı səbəbdən içməsini araşdırmalardan sonra söyləmək mümkün olacaq.
 
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/542948.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR