Kanada daşqınlarla mübarizə aparır

Kanadada son 100 ilin ən şiddətli yağışları nəticəsində daşqınlar baş verib.

Metbuat.az xəbər verir ki, daşqınlar Ontario, Kvebek, Nyu-Brunsvik və Britiş Kolumbiya əyalətlərində ciddi fəsadlara yol açıb.

Ölkənin müxtəlif bölgələrindən daşqınlar səbəbi ilə 2 min insan təxliyə edilib. Kvebek və Montrealda fövqəladə vəziyyət elan edilib.

Britiş Kolumbiya əyalətində baş verən torpaq sürüşməsində 3 nəfər ölüb. Xilasetmə işlərinə 1650 əsgər cəlb olunub.

Axtarış və xilasetmə işləri davam edir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR