Prezident Qələbə günü münasibətilə keçirilən mərasimdə

Prezident Qələbə günü münasibətilə keçirilən mərasimdə
10:08 9 May 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak edib.

Müharibə veteranları ilə görüşən prezident onlara Qələbə günü münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan prezidenti iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub, ailə üzvləri ilə görüşüb, onları Qələbə bayramı münasibətilə təbrik edib.

Dövlət başçısı İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçib.

Mərasimdə dövlət və hökumət rəsmiləri iştirak ediblər. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/198077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR