Cəlilabadda daş salnamə tapıldı - FOTO

Cəlilabadda daş salnamə tapıldı - FOTO
10:23 9 May 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda daş salnamə aşkar edilib.

Tarixçi Elşad Əmənovun verdiyi məlumata görə, salnamənin üzərində 14 hərf-işarə var.

Yazı qrafiki Mingəçevirdə, Şimali Qafqazda, Altay ərazisində, Urmiya və Ön Asiyada tapılmış yazı nümunələrinə çox oxşardır. Yazılı daşın bir üzünə baxış keçirilsə də, digər üzü torpağa bitişik olduğundan tədqiq etmək mümkün olmayıb.

Tarixçinin sözlərinə görə, bu tip yazılara Mixi yazıları dövründə də rast gəlmək mümkün olub: "Bu yazı təqribən e.ə. V əsrə aiddir. Bunun ciddi tədqiqata ehtiyacı var". (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/198079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR