Bakıda yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı 12 layihənin icrasına başlanılıb

Bakıda yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı 12 layihənin icrasına başlanılıb
10:37 9 May 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 may. REPORT.AZ/ Bakıda yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı 12 layihənin icrasına başlanılıb.
"Report"un xəbərinə görə, bunu baş nazirin müavini Abid Şərifov deyib.
O xatırladıb ki, ötən ilin noyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupu yaradılıb.
O bildirib ki, indiyədək 12 layihə razılaşdırılıb və onların icrasına başlanılıb: "Buna da 14 milyon 2 yüz min ətrafında vəsait ayrılıb. İşlər bütün Bakı ərazisində aparılır".

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/bakida-yagis-kanalizasiya-sisteminin-tekmillesdirilmesi-ile-bagli-12-layihenin-icrasina-baslanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR