Azərbaycanda keçirilən realiti-şounun iştirakçısı HƏKİMİ DÖYDÜ

Azərbaycanda keçirilən realiti-şounun iştirakçısı HƏKİMİ DÖYDÜ
10:42 9 May 2017
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəki Mərkəzi Rayon Xəstəxanasında dava olub.

Milli.Az xəbər verir ki, hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, mayın 8-i axşam saatlarında Şəki Mərkəzi Rayon Xəstəxanasına müayinəyə gələn, 1990-cı il təvəllüdlü Mərdan Akif oğlu Mustafayev onu müayinə edən həkim, 1973-cü il təvəllüdlü Nəsrullah Ziyəddin oğlu Beydullayevi döyüb.
 
Şəki Mərkəzi Rayon Xəstəxanasından APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, döyülən həkim Nəsrullah Beydullayev xəstəxananın reanimasiya şöbəsinin həkimidir. Ona qapalı kəllə-beyin travması, burun sümüyünün sınığı diaqnozu qoyulub.
 
Qeyd edək ki, həkimi döyən Mərdan Mustafayev "ARB" telekanalında yayımlanan "Ferma" verilişinin iştirakçısı olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/542963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR