Ağsu aşırımında xüsusi layihə hazırlanacaq

Ağsu aşırımında xüsusi layihə hazırlanacaq
10:52 9 May 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun mürəkkəb relyefə malik olan 30 kilometrlik Ağsu aşırımı hisəssinin sürüşmə və seysmik zona olduğu üçün ayrıca layihə kimi həyata keçirilməsi planlaşdırılır.

Milli.Az xəbər verir ki, bunu "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov "Xalq" qəzetində dərc olunan "Heydər Əliyev iqtisadiyyatın inkişafında yol infrastrukturunun roluna yüksək qiymət verirdi" başlıqlı məqaləsində yazıb.
 
S.Məmmədov qeyd edib ki, hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13,3-107 kilometrlik Muğanlı-Yevlax hissəsinin dörd zolağa genişləndirilməsi layihəsi üzrə işlər davam etdirilir. Layihənin icrası bir neçə mərhələdə həyata keçirilir. Bu il yolun Müşviqabad qəsəbəsinin ərazisindən keçən 13,3-15,1 kilometrlik hissəsinin, 29,6 kilometrlik Müşfiqabad-Cəngi, 44,6-67,5 kilometrlik Cəngi-Qobustan və 67,5-91-ci kilometrarası Qobustan-Bədəlli hissələrinin tikintisi başa çatdırılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/542966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR