“Oğru sxodka”sı Sarkisyana yaxın adamın restoranında keçirilib

“Oğru sxodka”sı Sarkisyana yaxın adamın restoranında keçirilib
21:11 7 Yanvar 2015
144 Sosial
Ölkə mətbuatı
A- A+

Ermənistan mətbuatı “qanuni oğru”ların bu ölkədə keçirilən “sxodkası” barədə yeni müfəssəl məlumatlar yayıb.

“Sxodka” “Arsnakar” restoranında keçirilib. Həmin restoran isə Ermənistanın hakim Respublika Partiyasından keçmiş deputat, Ermənistan Futbol Federasiyasının indiki prezidenti Ruben Ayrapetyana məxsusdur.

“Sxodka”nın təşkilatçısı kriminal aləmdə “Artyom Kanevski” ləqəbi ilə məşhur olan Artyom Arutyunyan olub. Artyom 2010-cu ildə öldürülən digər məşhur “qanuni oğru” Armen Arutyunyanın qardaşıdır.

“Artyom Kanevski”nin Ermənistanın siyasi hakimiyyəti, habelə bu ölkənin hüquq-mühafizə orqanları ilə kifayət qədər sıx münasdibətləri var. Bəzi məlumatlara görə, Ermənistanda bu miqyasda “sxodka”nı yalnız hakimiyyətdən ən yuxarı səviyyədə xeyir-dua almaq imkanına malik “Artyom Kanevski” təşkil edə bilərdi.

Bildirilir ki, “Artyom Kanevski” “kriminal sammit” iştirakçılarının təhlükəsizliyinə birbaşa prezident Serj Sərkisyandan təminat alandan sonra təşkilatçılığı öz üzərinə götürüb.

Restoranın sahibi Ruben Ayrapetyan da S.Sərkisyanın sağ əli və ən yaxın adamlarından biri kimi tanınır.

Bundan başqa, Ermənistan müdafiə nazirinin müavini Vladimir Qasparyan, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Aykaz Baqramyan və digərləri “Artyom Kanevski”nin “oğru” qardaşı Armen Arutyunyanın yas mərasimində şəxsən iştirak ediblər.

“Artyom Kanevski” 2012-ci il parlament seçkilərində Ermənistanın keçmiş baş prokuroru, İstintaq Komitəsinin indiki sədri Aqvan Ovsepyanın qardaşı Ruben Ovsepyanın seçkiqabağı kampaniyasının təşkilatçılarından biri olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=318296

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR