"Satqın, mal-mülkə görə dona girən..."

ATV telekanalında yayımlanan “Maşın Şou” verilişi yenidən başlayacaq.

Metbuat.az xəbər verir ki, may ayından başlayacaq şouda iştirak edəcək şəxslər hələ dəqiqliklə seçilməyib. Lakin aparıcı iştirakçıları 120 məşhurun arasından seçəcək.

Murad Dadaşov rəhbəri olduğu layihə haqda bunları deyib:

“Mən özüm dəvət alsam, heç qəbul etməzdim. Çünki ora çox gərgin bir məkandır. Televiziya o gərginliyin 30 faizini çatdırır. O şou gerçək həyatdır. İnandığın adamın satqınlığını görürsən. Gözləmədiyin yerdən dəstək alırsan. Ciddi qəbul etmədiyin adam o qədər ağıl dəryası çıxır ki, məəttəl qalırsan. Hər cür insanı görmək olar”

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR