Azərbaycan gimnastları tarixə düşmək istəyir

Azərbaycanın bədii gimnastlarının Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının ilk qalibi olmaq üçün yaxşı şansları var.

Bunu gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı Jalə Piriyeva deyib.

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları çərçivəsində bədii gimnastika yarışları bu il ilk dəfə keçiriləcək.

J.Piriyeva tarixə düşmək istədiklərini bildirib: "Bizim həm komanda, həm də finalda ayrı-ayrı alətlər üzrə birinci olmaq üçün yaxşı şansımız var".

Gimnast İslamiadada Bakıda aprelin sonunda keçirilmiş Dünya Kubokundakı proqramını təqdim edəcəyini deyib.

Onun sözlərinə görə, hazırda azərbaycanlı gimnastlar tam gücləri ilə İslam Həmrəyliyi Oyunlarına hazırlaşırlar və hər gün 8-9 saat məşq edirlər.

J.Piriyeva Özbəkistan komandasını ən güclü rəqib hesab edir.

Xatırladaq ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək. //Trend.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR