Cüdoçularımız mövqelərini əldən vermədilər - reytinq açıqlandı

Cüdoçularımız mövqelərini əldən vermədilər - reytinq açıqlandı
11:09 9 May 2017
59 Digər
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı Azərbaycan millisinin aparıcı idmançıları üçün uğurlu alınıb.
 
Belə ki, öz çəkilərində ilk “10-luq”da qərarlaşan 7 təmsilçimizin hamısı mövqelərini qoruyublar. Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) yenə birinci olduqları halda, Nicat Şıxəlizadə (66 kq) ilə Elxan Məmmədov (100 kq) 4-cü, Hidayət Heydərov (73 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) 10-cu yerdədi.
 
Komandamızın üzvlərindən Rüfət İsmayılov (81 kq), Nəzakət Əzizova (52 kq) və Xanım Hüseynova (63 kq) da rəqiblərini özlərindən irəli buraxmayıblar. Onlar müvafiq olaraq, 17-ci, 53-cü və 43-cüdü.
 
Bu cüdoçulardan fərqli, Aişə Qurbanlı (48 kq) 1, İlqar Müşkiyevlə (60 kq) Uşanqi Kokauri (+100 kq) hərəyə 2, Tərlan Kərimov (66 kq) isə 18 pillə geriləyib. Onlar yeni siyahıda müvafiq olaraq, 35-ci, 32-ci, 16-cı və 90-cı yerdədilər. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274188

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR