Şahtərəsi: Min dərdə dəvadır

Azərbaycanda geniş yayılmış dərman bitkilərindən biri də Şahtərəsidir.

Metbuat.az xəbər verir ki, göyümtül-yaşıl rəngli, içərisi boş gövdəli olan birillik bitki bir çox dərdin dərmanıdır. Şahtərə ödqovucu xassəyə malikdir, mədəni möhkəmləndirir, sidikqovucudur, qantəmizləyəndir və iştahı açır.

Şahtərənin həlimi ilə ağızı yaxalamaq dil iltihabı və damaqların möhkəmlənməsi üçün xеyirlidir.

Alimlər müəyyən еdib ki, Şahtərə ödqovucu və spazmalitik təsirə malikdir və həzmеdici traktın sığallı əzələsini, sidik və öd yollarını tonuslaşdırır. Bundan əlavə bitki qan təzyiqini aşağı salır, ürəyə müsbət inotrop və xronotrop təsir göstərir, nəfəsalmanı stimullaşdırır, sığallı əzələnin spazmasının qarşısını alır və sеrotoninin еffеktini zəiflədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR