Hava limanı qarışdı: alman polisi türk aktyorun qızını saxladı - VİDEO

Hava limanı qarışdı: alman polisi türk aktyorun qızını saxladı - VİDEO
11:47 9 May 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

Məşhur aktyor Talat Bulut hava limanında Almaniyadan Türkiyəyə gələcək olan qızını gözləməyə başlayıb. Buludun gözlədiyi təyyarə gəlsə də, qızı sərnişinlər arasında olmayıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, qızının niyə gəlmədiyinidən narahat olan aktyor gələn zənglə, sanki, dəliyə dönüb. Almaniya polisi Talat Buludun qızının çemodanlarını, Türkiyə pasportuna sahib olduğunu görüncə təyyarəyə minən zaman bir-bir axtarmağa başlayıb. Təyyarəyə gecikəcəyini söyləyib əsəbiləşən qıza isə polislər: "Bizə əsəbləşməyin. Əsəbləşsəniz, nəticəsini ödəyərsiniz!" cavabını veriblər.

Qızı təyyarəyə gecikən Talat Bulut hiddətini gizlədə bilməyib. O, hava limanında sərnişin çemodanlarının daşındığı hissədə oturub, özünü videoya çəkərək qızının yaşadıqlarını izah edib. Bulut çəkdiyi videonu Twitter hesabından təqibçiləri ilə bölüşüb.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Hava limanı qarışdı: alman polisi türk aktyorun qızına...

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/542975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR