Şok kadrlar: sirkdə faciə - VİDEO - FOTO +21

Şok kadrlar: sirkdə faciə - VİDEO - FOTO +21
11:47 9 May 2017
Ölkə mətbuatı
A- A+

Fransadakı sirklərdən birində erkək şir arenada təlimçiyə hücum edib.

Milli.Az Le Parisien-ə istinadən bildirir ki, insident Fransanın şimalındakı Somm bölgəsindəki Amyen bölgəsində, Dullen şəhərində yaşanıb.

"Buffalo Circus"un Brikomaşda quraşdırılmış şapitosundakı sirk şousu zamanı arenadakı erkək şir qəflətən 34 yaşlı təlimçinin üzərinə atılıb, onu pəncəsi ilə vuraraq yerə yıxıb.

Daha sonra şir dişlərini təlimçinin boğazına keçirərək onu parçalamaq istəyib. Sirkin əməkdaşları dəhal havaya atəş açıblar, arenaya tüstü buraxıblar və şirin təlimçidən kənarlaşmasına nail olublar.

Ağır yaralar almış təlimçi Amyen şəhərindəki hospitala aparılıb. 5 saat çəkən cərrahiyyə əməliyyatı uğurla başa çatıb.

Təlimçinin durumu ağır olsa da, stabildir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/542945.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR