Koreyadan qeyri-adi yenilik -

Cənubi Koreyanın yeni milli idmanı bəlli olub.

Metbuat.az xəbər verir ki, hər gün yenilikləri ilə adından söz etdirən Asiya ölkəsi daha bir fərqliliklə gündəmə gəlib. Onlar insanda məyusluq doğuran faktorları azaltmaq üçün yeni həll yolu tapıblar.

Heç bir şey etməmək - koreyalıların yeni həll yolu, dolayısı ilə kəşf etdikləri yeni idman növü belə adlanır. Sənətçi Voops Yanq tərəfindən əsası qoyulan bu idmanın əsas məqsədi insanın zehnini boşaldaraq rahatlaşdırmaq və tükənmişlik sindromuna çarə tapmaqdır.

Oyuna qoşulanlar boş vaxtlarında bir yerə toplaşırlar və heç nə etmədən saatlarca eyni vəziyyətdə dayanırlar.

Sərdar Məmmədov/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR