İslamiada: Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb

İslamiada: Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb
11:57 9 May 2017
87 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 9 may. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının IV İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb. 
Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, baş məşqçi Faiq Qarayev 14 voleybolçuya şans verəcək. Bunlar Polina Rəhimova, Valeriya Məmmədova, Kseniya Poznyak, Kristina Yaqubova, Yana Kulan, Olena Həsənova, Odina Bayramova, Yelizaveta Səmədova, Katerina Jidkova, Aynur Kərimova, Ceyran Əliyeva, Şəfaqət Həbibova, Oksana Kiselyova və Ayşən Abduləzimovadır.
Qeyd edək ki, İslamiadada Azərbaycan millisi mayın 11-də Qırğızıstan, mayın 13-də Tacikistan, mayın 14-də isə Türkiyə ilə üz-üzə gələcək. Yarımfinal görüşləri mayın 17-də, 3-cü yer uğrunda və final görüşləri mayın 18-də olacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/i-slamiada-voleybolcu-qadinlardan-ibaret-azerbaycan-yigmasinin-heyeti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR