Qubada ölümlə nəticələnən yol qəzası olub

Qubada ölümlə nəticələnən yol qəzası olub
11:57 9 May 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 may. REPORT.AZ/ Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
"Report" xəbər verir ki, hadisə rayonun Nügədi kəndi ərazisində qeydə alınıb. 
Belə ki, həmin kəndin sakini Qabil Eldarov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü Q.Eldarov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qubada-olumle-neticelenen-yol-qezasi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR