Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı
11:58 9 May 2017
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, mayın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Axşam dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16° isti, gündüz 25-30° isti, Bakıda gecə 14-16° isti, gündüz 27-29° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/198092.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR