Nardaran sakininin evində silah-sursat aşkarlanıb

Nardaran sakininin evində silah-sursat aşkarlanıb
12:02 9 May 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 may. REPORT.AZ/ Nardaran sakininin evindən silah-sursat aşkarlanıb.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, daxil olan əməliyyat məlumatı əsasında Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Natiq Şahbazova məxsus yardımçı təsərrüfata baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş "İJ-12" markalı tüfəng, səs boğucu və 8 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparalır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/nardaran-sakininin-evinde-silah-sursat-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR