23 yaşlı qız qonşularının lüks avtomobillərini yandırdı - FOTO

23 yaşlı qız qonşularının lüks avtomobillərini yandırdı - FOTO
12:05 9 May 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

Adanada şizofreniya xəstəsi olan qız qonşularının avtomobillərinə benzin tökərək od vurub. 

Milli.Az haberler-ə istinadən xəbər verir ki, Çukurova mahalında, 23 yaşlı şizofreniya xəstəsi Emin T. gecə saatlarında qeyri-müəyyən səbəblərdən ailəsiylə mübahisə edib. Daha sonra əsəbiləşərək evdən çıxan Emin T. yaxınlıqlarında olan yanacaqdoldurma məntəqəsinə gedib. Emin T. oradan benzin götürərək yenidən evlərinə qayıdıb.

İlk öncə evə od vuracam deyərək ailəsinin təhdid edib. Daha sonra qonşularının 01 DJG 20, 01 EMH 54 və 01 NA 20 nömrəli avtomobillərinə benzin tökərək yandırıb. Partlayış səslərinə oyanan sakinlər hadisəni dərhal xilasetmə qruplarına bildiriblər. Xilasetmə qrupları yanğına qısa müddətdə müdaxilə ediblər. Buna baxmayaraq, avtomobillərdən ikisi tamamilə yararsız hala düşüb.

Polislər tərəfindən tutulan Emin T. sorğulanmaq üzrə polis bölməsinə aparılıb.

Avtomobil sahibləri maşınlarının tamamilə kül olduğunu görüncə şok olublar. Avtomobilinin tamamilə yandığını görən Ayşegül B. "Partlayış səsini eşidib pəncərəyə çıxdım və bu mənzərə ilə qarşılaşdım. Allah sənin canını alsın İnşAllah, buna inanıram. Belə bir şey ola bilməz. Qarşıdakı qonşumuz etdi, bir neçə dəfə evi yandırmağa çalışıb" ifadələrini işlədib.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/542983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR