Bakıda vəhşilik: Yaşlı kişini armaturla döydülər - FOTO

Bakıda vəhşilik: Yaşlı kişini armaturla döydülər - FOTO
12:05 9 May 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Sabunçu rayonu ərazisində yaşlı kişi vəhşicəsinə döyülüb.

Milli.Az-ın criminal.az-a istinadən məlumatına görə, hadisə ötən gecə Bakıxanov qəsəbəsində baş verib.

Zərərçəkmişin şəxsin criminal.az saytına veridiyi məlumata görə, onu tanımadığı şəxslər siqaretə görə armaturla döyüblər. Bildirib ki, dəmir yolu xəttinin yaxınlığında bir neçə nəfər qarşısını kəsib və siqaret istəyib. Onlara siqaret verəndən sonra isə bütov qutunu istəyiblər. Eriraz edəndə isə armaturla başına zərbə endiriblər. 

Zərbə nəticəsində zərərçəkmişin başında böyük çapıq əmələ gəlib. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib. Zərərçəkmiş şəxs Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə aparılaraq izahatı alınıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/542988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR