Ramil Usubov polis rəisini işdən azad etdi

Daxili işlər orqanlarında yeni təyinat olub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Laçın rayon Polis Şöbəsinin rəisi Məhəmməd Kərimov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Nazirin digər əmri ilə Balakən rayon Polis Şöbəsinin rəis müavini Adil Əsədov tutduğu vəzifədən azad edilərək, Laçın rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub. //APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR