Bakıda "Wing for Life App Run" qaçışının qalibləri müəyyən olunub

Bakıda "Wing for Life App Run" qaçışının qalibləri müəyyən olunub
12:22 9 May 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda ilk dəfə APP RUN formatında "Wings for Life" qaçışı təşkil edilib.

Trend-in məlumatına görə, kişilər arasında ən uzun məsafəni qət edən Elşad Əsədov olub - 25,2 km. Qadınlar arasında ən yüksək nəticəni isə Ayla Seyid nümayiş etdirib - 15,82 km.

Qaliblərə müxtəlif hədiyyələr təqdim olunub.

"Wing for Life App Run" marafonu şəhərdən çıxmadan beynəlxalq qaçışda iştirak etmək deməkdir. Bütün marafonçular Dənizkənarı Bulvarda eyni zamanda qaçışa başlayırlar. Final lenti yoxdur, əksinə, 30 dəqiqədən bir marafonçuların ardınca avtomobil hərəkətə başlayır və iştirakçıları “tutaraq” onların qaçışına son qoyur. Virtual "tutan avtomobil" 30 dəqiqə sonra saatda 15 km sürətlə hərəkətə keçir və axırıncı iştirakçını tutanadək sürətini tədricən artırır.

Qaçışda iştirak üçün ilk öncə smartfona tətbiq (Wings for Life World Run) yükləmək və qeydiyyatdan keçmək lazımdır.

"Wing for Life App Run" marafonu dünyanın 38 ölkəsindən 100 mindən çox insanın iştirak etdiyi şən və maraqlı qaçışdır. Xeyriyyə tədbiri olan marafon zamanı toplanmış vəsait onurğanın və onurğa beyninin müalicəsinin tədqiqatına sərf olunur.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2751693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR