Polis Nardaranda əməliyyat keçirdi

Nardaran qəsəbəsində növbəti dəfə əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Natiq Şahbazova məxsus yardımçı təsərrüfata baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş "İJ-12" markalı tüfəng, səs boğucu və 8 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR