Hüseyn Dəryanın həyat yoldaşı yenidən ailə qurub?

Azərbaycanın rep sənətinin unudulmaz siması Hüseyn Dəryanın həyat yoldaşı Sona İbadova şəxsi həyatından danışıb.

Haqqında ara-sıra çıxan şayiələrə aydınlıq gətirən Sona Metbuat.az-a hazırda və yaxın müddətdə evlənmək fikrində olmadığını açıqlayıb. O, bütün fikrini övladının təhsilinə və onun həyatına yönəltdiyini açıqlayıb:

"Mənim xoşum gəlmir ki, şəxsi həyatım haqda danışam. Həyatımda kimsə var və ya yoxdur, bunun kimə dəxli var?! Düzdür, elə bir şey yoxdur. Mən həyatımdan razıyam. İşim-gücüm var, övladım gözümün qabağındadır və xoşbəxtəm. Ümummiyyətlə, evlənmək haqqında da düşünmürəm. Hazırda belə bir planım da yoxdur”.

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR