Moskvada hərbi parad keçirildi - VİDEO - FOTO

Moskvada hərbi parad keçirildi - VİDEO - FOTO
12:32 9 May 2017
202 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Rusiyanın paytaxtı Moskvada 2-ci Dünya Müharibəsindəki qələbənin 72-ci ildönümünə həsr olunmuş parad keçirilib.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, paradı Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu qəbul edib. Parada Rusiyanın Quru Qoşunlarının komandanı, general-polkovnik Oleq Salyutov komandanlıq edib.

Rusiya prezidenti Vladimir Putin çıxış edib.

Daha sonra Qızıl Meydanda Rusiya Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin və hərbi məktəblərinin nümayəndələrinin təntənəli keçidi başlanıb.

Paradda 10 min hərbçi iştirak edib, 114 hərbi texnika cəlb olunub. İlk dəfə olaraq Qızıl Meydandan Arktika texnikası keçib.

Əlverişsiz hava şəraitinə görə paradın aviasiya hissəsi ləğv olunub.

Moskva ilə yanaşı, Rusiyanın müxtəlif şəhərlərində də hərbi paradlar keçirilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

В Москве завершился Парад Победы

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/542998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR