Hansı gerçək Stalindir?

O, Stalinin 4 dublyorundan biri olub. Bu barədə Türkiyə medisında yer alan xəbərdə deyilir.

Metbuat.az bildirir ki, solda gördüyünüz Feliks Dadaev, sağda gördüyünüz isə Stalinin özüdür. Şəkil 1940-ci illərdə çəkilib.

Rusiyada həmin illərdə Stalinin əkizi olduğu və onunla tez-tez yer dəyişdirdiyi ilə bağlı dedi-qodular gəzirdi. Həmin söz-söhbətlərdən 10 il sonra Stalin ona bənzəyən rəqqas ilə görüşməyə qərar verib və onu Kremlə çağırıb. O, uzun illər Kremldə Stalinin dublyoru olub.

Ölüm cəzası qorxusundan uzun illər bir kəlmə belə danışmayan Feliks Dadayev nəhayət 2008-ci ildə 88 yaşında Putin hökumətinin izni ilə bütün bunları insanlara çatdıra bilib. O, bioqrafiyası zamanı həmin faklatrı üzə çıxarıb. Bildirib ki, xüsusi iclaslar və lazımı yerlərdə Stalinin yerinə iştirak edib.

Dadayevin işi əsasən ictimayyət arasında olmaq idi. Amma onun ən böyük missiyası 1945-ci il Yalta görüşlərində olub. Yaltada Stalinə qarşı sui-qəsd olundu. Lakin uğursuz olan bu sui-qəsd 7 böyük rütbəli məmurun işini itirməsi ilə nəticələndi.

Xəyalə Məmmədova / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR