Əsəd 1600-dən çox fələstinlini casusa çevirdi – ŞOK FAKTLAR

Əsəd 1600-dən çox fələstinlini casusa çevirdi – ŞOK FAKTLAR
12:38 9 May 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada Bəşər Əsəd qüvvələrinin nəzarətində olan həbsxanalardan 2011-ci ildən bəri 1600 nəfərdən çox fələstinli yoxa çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Suriyadakı Fələstinlilərə Yardım Qrupunun yaydığı məlumatda deyilir.

Məlumata görə, sözügedən fələstinlilərin Əsəd qüvvələri tərəfindən öldürüldüyü ehtimal edilir.

Fələstinlilərin taleyi ilə bağlı dəfələrlə Suriya hökumətinə müraciətlər edilsə də, müsbət nəticə əldə olunmayıb.

Qərargahı Londonda yerləşən Suriyadakı Fələstinlilərə Yardım Qrupu ehtimal edir ki, Bəşər Əsəd hakimiyyəti həmin insanların adlarını və soyadlarını dəyişdirərək, casusluğa da cəlb edib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198095.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR