"Bizə görə heç vaxt utanmayacaqsınız" - Putin

"Bizə görə heç vaxt utanmayacaqsınız" - Putin
12:47 9 May 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya əsgərləri bu gün də öz ölkəsi, öz xalqı üçün istənilən igidliyi göstərməyə, istənilən qurbanı verməyə hazırdır.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu bu gün Moskvada keçirilən paradda çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin bildirib.

"9 may bayramı bizim böyük ölkənin hər yerində, hər bir ailədə qeyd olunur. Müharibə heç bir ailədən yan keçməyib. Hər şeydən əvvəl biz veteranların bayramını təntənəli şəkildə qeyd edirik. Biz bunu göz yaşını gizlətmədən, pafoslu sözlər deməkdən qorxmadan edirik. Bunu hörmət və ehtiramla dolu olan ürəklərimiz deyir", - Rusiya prezidenti vurğulayıb. 

"Biz qəhrəman və qaliblər nəsili ilə qan qohumluğumuzun olmasını hiss edirik. Onlara müraciət edərək deyirəm: siz heç vaxt bizə görə utanmayacaqsınız. Rus milləti, rus əsgəri əvvəllər olduğu kimi bu gün də şücaət və qəhrəmanlıq göstərərək bu gün də öz ölkəsi, öz xalqı üçün istənilən igidliyi göstərməyə, istənilən qurbanı verməyə hazırdır", - Putin əlavə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/543008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR