Azərbaycanda kreditlər üzrə orta faiz aşağı düşüb

Azərbaycanda kreditlər üzrə orta faiz aşağı düşüb
12:57 9 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 may. REPORT.AZ/ Azərbaycanda manat və xarici valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi mart ayında bir qədər aşağı düşüb. Manatla kreditlər üzrə orta faiz 12,42%-dən 12,31%-ə, xarici valyutada verilən kreditlər üzrə isə 8,81%-dən 8,69%-ə enib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.
Aprelin 1-nə əsasən fiziki şəxslərə manatla verilən kreditlərdə orta faiz 15,80% təşkil edib. Bu da əvvəlki ayla müqayisədə 0,2 faiz bəndi azalma deməkdir.
Fiziki şəxslərə xarici valyutada verilən kreditlərdə isə orta faiz aprelin1-nə 16,72% olub. Bu aylıq 0,13% bəndi azalmanı göstərir.
Hesabata əsasən cari il aprelin 1-nə hüquqi şəxslərə manatla verilən kreditlər üzrə orta faiz 8,77%, xarici valyutada verilən kreditlər üzrə isə 5,60% təşkil edib. Martın 1-nə isə bu göstəricilər müvafiq olaraq 8,86% və 5,64% olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-kreditler-uzre-orta-faiz-asagi-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR