Tünzalə: "300 min adamı qara siyahıya atmışam"

Tünzalə: "300 min adamı qara siyahıya atmışam"
13:17 9 May 2017
130 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Tünzalə Ağayeva qısa saçlarını uzadıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "ATV maqazin onlarla" verilişində deyib ki, saç ustasının təkidi ilə onları uzadıb:

"Axırda döyə-döyə mənim də saçlarımı uzatdılar. Hər dəfə ustamın yanına gəlib deyirdim, uzanıb, kəs, etmirdi. Məndən olsaydı, çoxdan kəsərdim".

T.Ağayeva sosial şəbəkədə ona tənqid yazanlara da cavab verib:
 
"Boş-boş danışmaqlar, söz atmalar, bu sənə yaraşmır demələr o qədər olur ki... Özünü məndən ağıllı aparmaq istəyənlər, siz heç vaxt mənim kimi olmayacaqsınız. Mənə ağıl qoymaq lazım deyil. Heç kimin zövqünə, həyat tərzinə qarışmıram. Mən sənət adamı, ifaçı, artistəm... Özünü ağıllı aparanlara dözmürəm. Sağlam tənqidi qəbul edirəm, amma biz onu bacarmırıq. "Sizi sevmirəm, amma mahnılarınıza qulaq asıram" deyirlər. Belə qəribə cümlələr olur.

Sevmirsən, əcəb edirsən, əlinin içindən gəlir. Heç kimə yalvarmıram ki, məni izləyin. Məni izləmə, qara siyahıya at. Elə paylaşımlar edərəm ki, ətrafıma ancaq axmaqlar yığıla bilər, amma etmirəm. Elə şeylərə dözmürəm, qara siyahıya atıram. Qara siyahımda 300 min adam var. Mən rəqəm arxasınca qaçmıram, reklam üçün pul sərf etmirəm. 180 min izləyicim var, hamısı da realdır. Rəqəmdən zövq alsaydım, çoxdan 2 milyonu keçmişdim".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/543009.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR