Bakı-2017: Türkiyə həndbolçuları qalib gəldi

Bakı-2017: Türkiyə həndbolçuları qalib gəldi
13:22 9 May 2017
111 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları davam edir.

Trend-in məlumatına görə, kişilər arasında “B” qrupu çərçivəsində keçirilən ilk oyunda Türkiyə Mərakeş komandası ilə qarşılaşıb.

Türkiyə yığması 27:24 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2751721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR