"Turan" İŞİD-ə qan uddurur: terrorçular qorxuya düşüblər - VİDEO - FOTO

"Turan" İŞİD-ə qan uddurur: terrorçular qorxuya düşüblər - VİDEO - FOTO
13:27 9 May 2017
131 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada "Həyat Təhrir əş Şam" və İŞİD terror qruplaşmalarının ən təhlükəli, ən sərt düşməni peyda olub.

Milli.Az Al Manar-a istinadən bildirir ki, postsovet ölkələrinin vətəndaşları olan könüllülərdən formalaşdırılaraq Suriyaya göndərilmiş xüsusi təyinatlı "Turan" antiterror alayı terrorçulara qan uddurur.

Orta Asiya, Şimali və Cənubi Qafqazdan olan şəxslərdən ibarət "Turan"ın döyüşçülərinin hamısı müsəlmanlardır. Onlar xüsusi, əlahiddə antiterror mübarizəsi hazırlığı keçiblər və ən müasir silahlarla təchiz olunublar.

Suriyada döyüşlərə Homs vilayətində və Həma yaxınlığında başlayan "Turan" çox qısa müddətdə "Həyat Təhrir əş Şam" ilə İŞİD-i qorxuya salıb. Çünki "Turan" qəfil, kimsənin gözləmədiyi istiqamətdən ani hücumları ilə seçilir.

"Turan" alayında 1200 döyüşçü var.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/543017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR