Marina Durunda İslam Həmrəyliyi Oyunlarında "Sarı gəlin" sədaları altında çıxış edəcək - FOTO

Marina Durunda İslam Həmrəyliyi Oyunlarında "Sarı gəlin" sədaları altında çıxış edəcək - FOTO
13:27 9 May 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın bədii gimnastika komandasının lideri, Avropa Oyunlarının gümüş mükafatçısı Marina Durunda Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 4 yeni proqram təqdim edəcək.

Milli.Az xəbər verir ki, M.Durunda Trend-ə müsahibəsində deyib: "Bu il 4 yeni proqram təqdim edəcəyəm. Düşünürəm ki, onlardan biri - Azərbaycanın xalq mahnısı "Sarı gəlin"in sədaları altında topla hərəkətlərimi tamaşaçılar yaxşı qarşılayacaqlar".

Gimnast bildirib ki, ay yarım əvvəl Fransadakı yarışlar zamanı əlindən zədə aldığı üçün hələ bu proqramları beynəlxalq arenada təqdim edə bilməyib.

O qeyd edib ki, İslam Oyunlarında maksimum nəticə göstərmək üçün əlindən gələni edəcək:

"Əlbəttə ki, bütün 4 alət üzrə yaxşı çıxış etmək, finallara yüksəlmək və bütün proqramlar üzrə qızıl medal qazanmaq istəyirəm. Həmçinin komanda yarışında qızıl medal uğrunda mübarizə aparacağıq".

M.Durunda deyib ki, ona İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı yarışlarda iştirak etmək həmişə maraqlıdır.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/543020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR