Gəncədə güclü külək dağıntılar törətdi

Gəncədə güclü külək dağıntılar törətdi
13:34 9 May 2017
104 Digər
Ölkə mətbuatı
A- A+

Gəncədə güclü külək bir sıra fəsadlar törədib.

 

APA-nın qərb bürosunun məlumatına görə, külək nəticəsində Dədə Qorqud prospektində yerləşən iki çoxmərtəbəli binanın dam örtüyü uçub. Bəzi küçə və prospektlərdə yolun kənarına quraşdırılmış avtobus dayanacaqları aşıb.

 

Məlumata əsasən, güclü  külək şəhərin Adil Ziyadxanov küçəsində yerləşən beşmərtəbəli binanın dam örtüyünü uçurub. Bundan başqa, Mahrasa bağında hündür ağaclar yaxınlıqdakı yaşayış evlərinin və obyektlərin üzərinə aşaraq, ciddi ziyan vurub.

 

Hazırda aidiyyəti qurumların əməkdaşları hadisə baş verən ərazilərə cəlb olunublar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274201

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR