Bakıda küçə iti 2 yaşlı uşağın yanağını dişləyərək qoparıb

Bakıda küçə iti 2 yaşlı uşağın yanağını dişləyərək qoparıb
13:52 9 May 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 may. REPORT.AZ/ Bakıda küçə iti 2 yaşlı uşağın yanağını dişləyərək qoparıb.
"Report"un xəbərinə görə, hadisə Səbail rayonunda qeydə alınıb. Belə ki, Salyan şossesi ev 12 b ünvanında valideyn nəzarətindən kənara qalan 2 yaşlı Paşayev Ramal Elzamin oğlu binanın həyətyanı sahəsində yerləşən məişət tullantıları qutularının yaxınlıqda oynayarkən ona küçə itləri hücum ediblər. 
İtlərdən biri uşağın yanağını dişləyərək xəsarət yetirib. R.Paşayev xəstəxanaya yerləşdirilib. Onun üz nahiyəsi həkimlər tərəfindən tikilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-kuce-iti-2-yasli-usagin-yanagini-disleyerek-qoparib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR