İranda kömür mədənindəki partlayış qurbanların sayı 43-ə çatıb

İranda kömür mədənindəki partlayış qurbanların sayı 43-ə çatıb
14:01 9 May 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İranın Gülüstan vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

Bu barədə Trend IRNA-ya istinadən məlumat verir.

Bundan əvvəl 35 nəfərin həlak olduğu bildirilirdi.

Dağıntılar altından çıxarılmış meyitlər ekspertizaya göndərilib.

Qeyd edək ki, vilayətin Azadşəhr şəhərinin yaxınlığındakı kömür mədənində partlayış mayın 3-də baş vermişdi. Həmin vaxt növbə dəyişərkən şaxtada 500 nəfər olub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2751726.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR