Arda Turanın əvəzləyicisi bu futbolçular ola bilər

"Barselona" kulubu Arda Turanın yerinə futbolçu axtarır.

Metbuat.az xəbər verir ki, artıq namizədlər bəlli olub. Kulub rəhbərliyi "Dortmund"dan Marko Reus və "Sevilya"dan Vitolonu komandada görmək istəyir.

Qeyd edək ki, türk futbolçu "İnter" və "Arsenal" kulublarının maraq dairəsindədir. Oyunçunun qiyməti isə 25 milyon avro dəyərində göstərilir.

Sərdar Məmmədov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR