Yenə dəniz, yenə faciə baş verdi

Türkiyənin Aralıq dənizi sahillərində qaçqınları daşıyan qayıq batıb.

Metbuat.az xəbər verir ki, qayığın batması nəticəsində 250 nəfər ölüb.

Qeyd edək ki, ötən həftədən bu günə kimi suda boğulan qaçqınların sayı 650-ni ötüb.

Aralıq dənizi sahillərində ötən həftə qayığın batması nəticəsində 450 nəfər ölmüşdü. Ötən Liviya sahillərində baş verən faciədə isə 113 nəfər suda boğularaq ölüb.

Ümumilikdə, 1 həftə ərzində 7500 qaçqın suda boğulmaqdan xilas edilib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR