ƏSA Teatrı "Yuxum" tamaşasını yenidən nümayiş etdirəcək

ƏSA Teatrı "Yuxum" tamaşasını yenidən nümayiş etdirəcək
14:12 9 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 may. REPORT.AZ/ "Yuxum" tamaşasının növbəti nümayişi baş tutacaq.
ƏSA Teatrının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, "Yuxum" romantik komediyasının premyerasına iki gün qalmasına baxmayaraq bütün biletlər satılıb. 
Çoxsaylı tamaşaçı istəyini nəzərə alaraq ƏSA Teatrı may ayının 20-də saat 19:00-da ingilis dramaturq U. Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış “Yuxum” romantik komediyasının növbəti nümayişini tamaşaçılara təqdim edəcək.
Mayın 2-də baş tutan premyeraya ümumilikdə 400-dən çox tamaşaçı qatılıb.
Tamaşanın quruluşçu rejissoru Şamil İbrahimov, rejissoru Nihad Qulamzadə, rəssam Ülviyyə Mikayılova, qrafik dizayner və musiqi tərtibatçısı Aydın Rəhimov, səhnə tərtibatı Nicat Qulam, geyim üzrə rəssam Leyla Əliyeva, işıq rəssamı Binyamin Sailovdur. Səhnə əsərində ümumilikdə 15 aktyor rol alıb.
Qeyd edək ki, tamaşanın nümayişi Azərbaycan Teatr Xadimləri İttifaqının (Aktyorlar Evi) tamaşa salonunda baş tutacaq. Biletin qiyməti 3-10 AZN aralığında dəyişir. 
ƏSA Teatrının əsas heyəti əlilliyi olan aktyorlardan ibarətdir. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/esa-teatri-yuxum-tamasasini-yeniden-numayis-etdirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR