"Real" əzəli rəqibinin futbolçusunu transfer etdi - FANATLAR COŞDU

"Real" əzəli rəqibinin futbolçusunu transfer etdi  - FANATLAR COŞDU
14:17 9 May 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

Madrid “Real”ı ilk transferini reallaşdırıb. Fanat.Az xəbər verir ki, “ağlar” müqaviləylə əzəli rəqibi “Atletiko”ya məxsus Teo Hernandesi rənglərinə bağlayıb.


19 yaşlı müdafiəçinin “Real”a keçməsi “Atletiko” fanatlarını özündən çıxarıb. İndi sosial şəbəkələrdə gündəmi zəbt edən mövzu məhz budu. “Hindular”ın tərəfdarları son mövsümdə icarə əsasında “Alaves”də oynayan gəncin ünvanına təhqirlər yağdırmaqla təsəlli tapır.


Artıq tibbi müayinədən keçən oyunçu “Real”a 30 milyon avroya başa gəlib. O, ildə 3.5 milyon avro qazanacaq.

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquot-zli-rqibinin-futbolcusunu-transfer-etdi-t57959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR